<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>465</hymn_number>
<lyrics>[V1]
 İstəməzdim, Rəbbim,
 Sənin Taxtın qarşısına bir gün
 Bəhrəsiz gəlim, boş əl ilə gəlim,
 Bir kimsəsiz gəlim.
 Heç olmasa, bir qucaq sünbülü
 Bağrıma basıb gəlim,
 Bir can gətirim, bir can gətirim
 Sənin hüzüruna mən.

[C1]
   Gün keçir, günlər keçir, gecə yaxınlaşır, bilin,
   Nə qədər gec deyil, insanları xilas edin.
   Çalışın, vuruşun, ey Allahın övladları,
   Məsih üçün bəhrə yığın, yeni canlar qazanın.

[V2]
 İstəməzdim, Rəbbim,
 Sənin qarşına gələrkən bir gün,
 Keçmiş günləri xatırlayarkən
 Peşmançılıq çəkim.
 Mənə bəxş eylədiyin bu ömrü
 Faydasız keçirib
 Hüzüruna boş əllərlə gəlim.

[V3]
 İstərdim, Rəbbim,
 Sənin Taxtın qarşısına bir gün
 Sevinclə, dolu qucaq sünbüllə,
 Bol məhsul ilə gəlim.
 Xilas olmuş insanların
 Xoşbəxtliyinə şərik olum,
 Sənə layiqli bir bəhrə ilə gəlim.</lyrics>
<title>İstəməzdim, Rəbbim İL465</title>
</song>